Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi və “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli
745 nömrəli Sərəncamının ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 428; 2004, № 1, maddə 19, № 12, maddə 1061; 2006, № 9, maddə 809; 2008, № 3, maddə 200; 2009, № 10, maddə 791; 2010, № 1, maddə 42; 2014, № 3, maddə 247, № 7, maddə 892; 2016, № 12, maddə 2196) ləğv edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2020-ci il
№ 2088


 

Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 10 iyun tarixli 2088 nömrəli Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Baş Prokurorluğunun
STRUKTURU

1. Rəhbərlik:

1.1. Baş prokuror;
1.2. Baş prokurorun birinci müavini;
1.3. Baş prokurorun müavini;
1.4. Baş prokurorun müavini;
1.5. Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi;
1.6. Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru.

2. Mərkəzi aparat:

2.1. İstintaq idarəsi;
2.2. Prokurorluqda istintaqa nəzarət idarəsi;
2.3. Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi;
2.4. Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat- axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi;
2.5. Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi;
2.6. Dövlət ittihamının müdafiəsi üzrə idarə;
2.7. Təşkilat və icraya nəzarət idarəsi;
2.8. Kadrlar idarəsi;
2.9. Xidməti araşdırmalar idarəsi;
2.10. Cinayət təqibindən kənar icraatlar idarəsi;
2.11. Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi;
2.12. Beynəlxalq hüquqi əməkdaşlıq idarəsi;
2.13. Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi;
2.14. Kriminalistika və informasiya texnologiyaları idarəsi;
2.15. Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi;
2.16. Elm-Tədris Mərkəzi (idarə səlahiyyətli);
2.17. Mətbuat xidməti (şöbə səlahiyyətli);
2.18. Maddi-texniki təminat şöbəsi;
2.19. Baş prokurorun böyük köməkçiləri və köməkçiləri