ŞURANIN TƏRKİBİ

Rəşad İbadov Nadir oğlu

ADA” Universitetinin Hüquq fakültəsinin dekanı


İbadov Rəşad Nadir oğlu 09 iyul 1983-cü ildə ziyalı ailəsində anadan olmuşdur. Gəncə şəhərində 17 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1999-cu ildə Xəzər Universitetinin Hüquq və Sosial Elmlər fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili almışdır. Bundan sonra 2004–2006-cı illərdə İsveç Krallığında yerləşən Lund Universitetinin Hüquq fakültəsində “Beynəlxalq İnsan Hüquqları” üzrə hüquq magistr dərəcəsi, 2006–2007-ci illərdə İtaliya Respublikasının Florensiya şəhərində yerləşən Avropa Universiteti Tədqiqat İnstitutunda (European University Institute) “Tədqiqat Magistri” (Master of Research) dərəcəsi və 2007–2013-cü illərdə Avropa Universiteti Tədqiqat İnstitutunda hüquq üzrə doktorluq dərəcəsi (LL.D) almışdır. Bundan əlavə, Rəşad İbadov doktorluq təhsili dövründə: 2008–2009-cu illərdə ABŞ-da – Kaliforniya ştatının Berkli şəhərində yerləşən Kaliforniya Universitetinin Boalt Hall Hüquq fakültəsində araşdırmaçı alim, 2009 – 2010-cu illərdə isə Massaçusets ştatının Kembric şəhərində yerləşən Harvard Universiteti, Harvard Hüquq fakültəsinin “Yüksək Ali Təhsil Proqramı”nda (HLS, Graduate Program) doktorant elmi tədqiqatçı kimi fəaliyyət göstərmişdir.
R.N.İbadov “ADA” Universitetinin Hüquq Proqramının direktoru, İctimai və Beynəlxalq münasibətlər fakültəsinin hüquq elmləri üzrə baş müəllimidir. O həmçinin 2018-ci ildən başlayaraq Lil Katolik Universitetinin (Lil şəhəri, Fransa Respublikası) Hüquq fakültəsində dəvətli dosent vəzifəsində “Hüquq tarixi və fəlsəfəsi” fənnini tədris edir. Rəşad İbadov 2019 – 2020-ci illərdə Harvard hüquq fakültəsində yaradılmış İnsan Hüquqları Proqramında elmi tədqiqatçı və 2021-ci ildə isə Martin Lüter Universitetində (Halle-Vitennberq şəhəri, Almaniya Federativ Respublikası) qonaq professor kimi fəaliyyət göstərmişdir.
R.N.İbadovun bir neçə araşdırması nüfuzlu mətbəələr tərəfindən çap edilmişdir. Onun ən son məqaləsi 2021-ci ildə Harvard Hüquq fakültəsinin dünya üzrə nüfuzlu jurnallarından biri sayılan “Harvard İnsan Hüquqları Jurnalı”nda çap edilmişdir. Rəşad İbadovun elmi maraq dairəsinə hüquq və din, hüquq nəzəriy- yəsi, konstitusiya hüququ, vətəndaşlıq hüququ kimi sahələr daxildir.
Rəşad İbadov təhsil aldığı və alim kimi fəaliyyət göstərdiyi müddət ərzində dünyanın bir neçə nüfuzlu təhsil və elmi araşdırma təqaüdlərinin qalibi olmuşdur. Bunlardan Harvard Hüquq fakültəsi araşdırma təqaüdü (2020, yan- var-iyun), İtaliya Respublikası Xarici İşlər Nazirliyinin doktorantura təqaüdü (2006-2010), İsveç Krallığı İnkişaf və Əməkdaşlıq Agentliyinin (SIDA) magistr təqaüdü (2004-2006), Fondation Maison des Sciences de l’homme tərəfindən təqdim edilən Atlas təqaüdü (2017, Fransa Respublikası), Erasmus Mundus IMRCEES Qlazqo Universitetində ziyarət tədris təqaüdü (2014), Vətəndaş Cəmiyyəti üzrə Alim Mükafatı (2014 - 2015) və digər təqaüdləri qeyd etmək olar.