Prokurorluq orqanlarında dövlət qulluğunda çalışan işçilər üçün peşə biliklərinin artırılması məqsədilə təlim keçirilib

2024-cü ilin yanvarın 17-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə 66 mediator üçün “Əsas insan hüquq və azadlıqların qorunmasında prokurorluq orqanlarının rolu” mövzusunda maarifləndirici seminar keçirilmişdir. 

Baş Prokurorluqda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydalarına, dövlət qulluğunda etik dəyərlərə, habelə korrupsiyaya qarşı mübarizə  sahəsində dövlət qulluqçularının vəzifə və öhdəlikləri məsələlərinə böyük önəm verilir.
2024-cü ilin fevral ayının 13-də Baş Prokurorluğun Kadrlar idarəsinin və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan, dövlət qulluğunda çalışan işçilər üçün “Dövlət qulluğunda qanunvericiliyin tətbiqi və korrupsiyaya qarşı mübarizə”  mövzusunda təlim təşkil edilmişdir.
Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynovun və Mərkəzin rəisi Mübariz Əhmədov qatıldığı təlim qarışıq formatda, yəni Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonu ərazisində çalışan əməkdaşlar üçün Baş Prokurorluğun inzibati binalar kompleksində, digər bölgələrdə fəaliyyət göstərən əməkdaşlar üçün isə internet üzərindən videokonfrans formatında keçirilmişdir.
Tədbirdə Natiq Hüseynov Azərbaycan prokurorluq orqanlarının səmərəli fəaliyyətində dövlət qulluqçularının mühüm rolundan danışmış, təlimin məqsədinin əməkdaşların peşəkarlığının artırılmasından ibarət olduğunu vurğulamışdır.
Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli “Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsi” mövzusunda çıxış edərək, Ulu Öndərin müstəqil Azərbaycanın dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən və müasir milli dövlət qulluğu sisteminin formalaşması istiqamətində atdığı üzaqgörən addımlardan bəhs etmişdir.
Təlim çərçivəsində Mərkəzin baş məsləhətçisi İlkanə Qasımova “Dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi” mövzusunda çıxış edərək, qeyd edilən sahədə qanunvericilik bazasının inkişaf tarixi, tətbiq dairəsi, inkişaf perspektivləri və bu xüsusda qarşıya qoyulan prioritetlər barədə dinləyicilərə ətraflı məlumat vermişdir.
Təlim zamanı “Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qulluqçularının vəzifə və öhdəlikləri”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları” və digər mövzular üzrə tədris aparılmışdır.
Moderatorluğu Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru Çingiz Əli-zadə tərəfindən həyata keçirilmiş bu tədbirdə 225 nəfər dinləyici iştirak etmiş, təlimin proqramında yer alan mövzular üzrə müzakirələr aparılmış, dinləyicilərin sualları cavablandırılmışdır.