ŞURANIN TƏRKİBİ

Şəfiyev Kamran Rauf oğlu

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi

Şəfiyev Kamran Rauf oğlu 22 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1985-ci ildə Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının katibi işləmişdir.
1986-1988-ci illərdə Silahlı Qüvvələrdə xidmət etmişdir. 1994-1998-ci illərdə Azərbaycan Respublikası Milli
Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrin- də işləmişdir.
1998-2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.
1998-2008-ci illərdə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini, 2008-2010-cu illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan  Respublikası Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən K.R.Şəfiyevə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Azərbaycan Respublikasında qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir.
K.R.Şəfiyev 22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
4 monoqrafiya və 20-dən artıq elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 27 may 2019-cu il tarixli Sərəncamı ilə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.