ŞURANIN TƏRKİBİ

Mahmudov Samir Alı oğlu

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin İcraçı direktoru

Mahmudov Samir Alı oğlu 11 iyun 1987-ci ildə ziyalı ailəsində anadan olmuşdur. O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2011-2013-cü illərdə həmin fakültənin Konstitusiya hüququ ixtisaslaşması üzrə magistr pilləsində oxumuşdur. Daha sonra, Samir Mahmudov 2015-2016-cı illərdə ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz Universitetinin Hüquq Kollecində hüquq üzrə magistratura pilləsində təhsilini davam etdirmişdir.
Samir Mahmudov həqiqi hərbi xidmətini 2011-ci ildə başa vuraraq əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamışdır. O, 2011-2013-cü illərdə Nizami Rayon Prokurorluğunda prokuror köməkçisi, 2013-2015-ci illərdə isə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində prokuror və böyük prokuror vəzifələrində işləmişdir. Eyni zamanda, Fransanın paytaxtı Paris şəhərində yerləşən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Korrupsiyaya qarşı mübarizə məsələləri üzrə ekspert qismində çalışıb.
ABŞ-dan qayıtdıqdan sonra Samir Mahmudov 2016-2021-ci illərdə OMNİ hüquq şirkətində hüquqşünas, böyük hüquqşünas və baş hüquqşünas vəzifələrində çalışaraq hüquqi xidmətlərin göstərilməsi ilə məşğul olub. 2021-ci ilin iyul ayından 15 iyul 2022-ci ilə qədər “BONAFİDE” hüquq şirkətinin idarəedici partnyoru qismində çalışıb. 15 iyul 2022-ci il tarixdə “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin Müşahidə Şurasının qərarı ilə həmin Mərkəzin İcraçı direktoru vəzifəsinə təyin edilib.
Samir Mahmudov 2018-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin BDU-nun Hüquq fakültəsinin mülki hüquq kafedrasının və “ADA” Universitetinin Hüquq fakültəsinin müəllimidir.
Ailəlidir, iki övladı var.