ŞURANIN TƏRKİBİ

Kazımov Mircavan Rza oğlu

Prokurorluğun veteranı

Kazımov Mircavan Rza oğlu 01 iyul 1957-ci ildə Saatlı rayonunun Hacıqasımlı kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə orta məktəbdə təhsil almış, daha sonra ordu sıralarında xidmət etmişdir. 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində oxumuşdur.
1986-2017-cı illərdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında – Cəlilabad rayon prokurorunun köməkçisi, müavini, Masallı rayon prokuroru, Göyçay rayon prokuroru, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində böyük prokuror, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat - axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Dövlət İttihamının müdafiəsi idarəsinin rəis müavini - Ağır cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunda DİO-nın istintaq-təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifələrində işləmişdir.
2017-ci ildən təqaüddədir, əmək veteranı, baş ədliyyə müşaviridir. İşlədiyi dövrdə Baş prokurorun əmrləri ilə dəfələrlə mükafatlandırılmış, “Fəxri prokuror” adına layiq görülmüşdür.
Ailəlidir, dörd övladı var.