ŞURANIN TƏRKİBİ

Ələkbərov Nəriman Oruc oğlu

Prokurorluğun veteranı

Ələkbərov Nəriman Oruc oğlu 15 sentyabr 1959-cu ildə Ermənistan SSR-in Krasnoselo (indiki Çəmbərək) rayonunda anadan olmuşdur.
1982-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1982-1990-cı illərdə Krasnoyarsk şəhərində rayon və vilayət prokurorluqlarında müstəntiq kimi çalışmışdır. 1990-cı ildən 2019-cu ilədək Azərbaycan Respublikası Baş Prokurorluğunun ayrı-ayrı idarələrində müxtəlif vəzifələrdə işləmişdir. 2019-cu ildə Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsində işlədiyi dövrdə ona baş ədliyyə müşaviri dərəcəsi verilmişdir.
N.O.Ələkbərov 2019-cu ildə qulluqda olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxmışdır. Prokurorluqda işlədiyi dövrdə bir çox ağır və mürəkkəb cinayətlərin açılmasını, eləcə də bir sıra ictimai rezonans doğuran və mürəkkəb cinayət işləri üzrə məhkəmələrdə dövlət ittihamının müdafiəsini təmin etmişdir. Bir neçə elmi məqalənin müəllifidir. Vəzifələrinin icrasında xidmətlərinə görə dəfələrlə fərqləndirilmiş, o cümlədən “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.