ŞURANIN TƏRKİBİ

Osmanova Aynur Nəriman qızı

Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi

Osmanova Aynur Nəriman qızı 1984-cü il yanvarın 22-də Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2007-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2005-ci ildə prokurorluğa qulluğa qəbul olunaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun stajoru, 2006-cı ildə sınaq müddəti ilə Sabunçu rayon prokurorunun köməkçisi vəzifələrinə təyin edilmişdir. 2007-ci ildə prokurorluğa daimi qulluğa qəbul olunmuş və Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsində çalışmışdır.
2008-ci ildə ona Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat şöbəsinin prokuroru vəzifəsinin icrası həvalə edilmiş, 2009-cu ildə həmin vəzifəyə təyin olunmuş, 2015- 2017-ci illərdə Müraciətlərə baxılması idarəsinin Vətəndaşların qəbulu şöbəsinin rəisi, İdarənin rəis müavini, 2017-2020-ci illərdə Hüquqi təminat idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.
16 iyun 2020-ci ildən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisidir. Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Xidməti vəzifələrini nümunəvi icra etdiyinə görə mükafatlandırma qaydasında Baş prokurorun 07 mart 2014-cü il tarixli əmri ilə A.N.Osmanovaya vaxtından əvvəl kiçik ədliyyə müşaviri xüsusi rütbəsi, 15 mart 2018-ci il tarixli əmri ilə isə növbədənkənar baş ədliyyə müşaviri xüsusi rütbəsi verilmişdir.
Baş prokuror yanında Elmi - Məsləhət Şurasının, Baş Prokurorluğun Müsabiqə Komissiyasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Müxtəlif mətbu nəşrlərdə çoxsaylı məqalələrin müəllifidir.
Ailəlidir, iki övladı var.