ŞURANIN TƏRKİBİ

Musayev Elnur Novruz oğlu

Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindin kənar icraatlar idarəsinin rəisi

Musayev Elnur Novruz oğlu 03 sentyabr 1977-ci ildə Bakı şәhәrindә ziyalı ailəsində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetini hüquq ixtisası, Xəzər Universitetini beynəlxalq münasibətlər vә sosial elmlər ixtisası üzrə bitirmişdir. 2002-ci ildə İngiltərənin Şeffild Universitetində magistr dәrәcәsini, həmçinin İngiltərə vә Uelsin hüquq ixtisasını, 2016-cı ildə isə Avstriyada Beynəlxalq Antikorrupsiya Akademiyasında antikorrupsiya elmləri üzrə magistr dәrәcәsini qazanmışdır.
1998-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul edilmiş, Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, Beynəlxalq әlaqәlәr şöbəsinin prokuroru vә Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vәzifәlәrindә işlәmişdir.
E.N.Musayev 2013-cu ildən Bakı Dövlət Universitetinin Cinayət hüququ vә kriminologiya kafedrasında bakalavriat vә magistratura sәviyyәlәri üzrə hüquq fənləri tədris edir. ABŞ, Böyük Britaniya vә Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan vә digər ölkәlәrdә ingilis vә rus dillərində elmi mәqalәlәri vә tədqiqatlarının nәticәlәri dərc olunmuşdur.
2011-ci ildə Elnur Musayev Dünya Bankının vә BMT-nin Narkotiklərə vә Cinayətkarlığa qarşı Ofisinin birgə layihəsi olan StAR (Stolen Asset Recovery) layihəsi çәrçivәsindә hazırlanmış “Xaricə çıxarılmış vəsaitlərin qaytarılması” mövzusunda peşəkarlar üçün vəsaitə xüsusi töhfə vermişdir. Həmin vəsaitdə Azərbaycanın qanunvericiliyi vә təcrübəsi öz əksini tapmışdır.
2005-ci ildən mütəmadi olaraq korrupsiya və qanunsuz әldә edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) sahəsində beynəlxalq dәyәrlәndirmә mexanizmlərində ekspert qrupları tərkibində ekspert kimi fəaliyyət göstərir. BMT-nin Korrupsiya әleyhinә Konvensiyasının icrası üzrə Meksika Birlәşmiş Ştatları vә Fil Dişi Sahili (Cote D`İvoire) Respublikasının antikorrupsiya qanunvericiliyini qiymәtlәndirәrәk rəy vermişdir. İqtisadi Əməkdaşlıq vә İnkişaf Təşkilatının Şərqi Avropa vә Mərkəzi Asiya üzrə Antikorrupsiya Şәbәkәsinin İstanbul Fəaliyyət Planı çәrçivәsindә Ukrayna, Gürcüstan, Qazaxıstan vә Tacikistanın korrupsiya әleyhinә mübarizə sahəsində qanunvericiliyini, dövlət strategiyasının formalaşdırılmasını, ixtisaslaşmış qurumların fəaliyyətini vә digər mühüm mәsәlәlәri qiymәtlәndirmişdir.
O, həmçinin Avropa Şurasının Korrupsiya әleyhinә Dövlətlər Qrupu GRECO-nun eksperti qismində Norveç, Polşa, Rumıniya, Serbiya, Şimali Makedoniya, Litva, Ukrayna, Moldova vә Gürcüstanın antikorrupsiya qanunvericiliyini, mәhkәmә vә prokurorların fәaliyyәtindә korrupsiyanın qarşısının alınması, siyasi partiyaların maliyyәlәşmәsindә şəffaflığın təmin edilməsi, hüquq mühafizə orqanlarında, xüsusilə dә polisin fәaliyyәtindә korrupsiyanın qarşısının alınması sahəsində görülmüş tədbirləri qiymәtlәndirmişdir. E.N.Musayev tәrәfindәn verilmiş tövsiyələr sadalanan beynəlxalq təşkilatların plenar iclaslarında müzakirə olunaraq qəbul edilmiş, fəaliyyəti qiymәtlәndirilәn dövlətlər tәrәfindәn icra olunmuşdur.
Elnur Musayev, həmçinin Maliyyə Hərəkatı Işçi Qrupunun (Financial Action Task Force) Avropa bölgəsi üzrə ixtisaslaşmış qurumu – “MONEYVAL”ın ekspertidir.
Baş Prokurorluğun İşin Təşkili Qaydalarının hazırlanması vә tәkmillәşdirilmәsi, Elektron Prokurorluq İnformasiya Sisteminin formalaşması üzrə işçi qrupun fəal üzvüdür.
Xidməti müddətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilә “Dövlət qulluğunda fәrqlәnmәyә görә” medalı, habelə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalı və MDB-nin yubiley medalı ilә təltif olunub.
Ailəlidir, beş övladı var.