ŞURANIN TƏRKİBİ

Hüseynov Natiq Əlabbas oğlu

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi

Hüseynov Natiq Əlabbas oğlu 12 may 1973-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Xətai kəndində anadan olmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fәrqlәnmә diplomu ilə bitirmişdir.
1998-1999-cu illərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin birinci dәrәcәli mütəxəssisi, 1999-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin rəisi, 2005-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq vә hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri olmuşdur. 2007-ci ildən keçirilmə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunaraq, 2008-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat şöbəsinin rəis müavini vəzifəsini icra etmiş, 2008-2010-cu illərdə Baş Prokurorluğun Hüquqi təminat şöbəsinin rəisi, 2010-2016-cı illərdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi, 2016-2020-ci illərdə Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vәzifәlәrindә işlәmişdir.
21 may 2020-ci il tarixdən Baş Prokurorluğun Kadrlar idarəsinin rəisidir. III dәrәcәli dövlət әdliyyә müşaviri ali xüsusi rütbәsindәdir.
O, Baş Prokurorluğun İntizam Komissiyasının, Əmәk Mәsәlәlәri Komissiyasının vә Müsabiqə Komissiyasının sədr müavini, Baş Prokurorluğun Ali Attestasiya Komissiyasının məsul katibi, Baş Prokurorluğun Etik Davranış Komissiyasının üzvü, Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Mәslәhәt Şurasının üzvü, “Azərbaycan Prokurorluğu” elmi-publisistik jurnalının redaksiya heyətinin üzvü, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına әsasәn müsahibə komissiyası üzvləri kimi nәzәrdә tutulan şəxslər üçün daxili müsahiblərin aparılması üzrə komissiyanın nümayəndəsidir.
Natiq Hüseynov Azərbaycan Respublikası Baş prokurorunun 26 sentyabr 2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi” yubiley xatirə medalı, 28 sentyabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.