ŞURANIN TƏRKİBİ

Abdullayev Natiq Saleh oğlu

Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat- axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi

Abdullayev Natiq Saleh oğlu 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
08 iyul 1993-cü ildən Bakı şəhər prokurorluğunda kadrlar üzrə müfəttiş işləmişdir. 31 oktyabr 1994-cü ildə təyinatla prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, 07 aprel 1995-ci ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, 26 fevral 1996-cı ildən Siyəzən rayon prokurorluğunun müstəntiqi, 27 noyabr 1998-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm və tədris idarəsinin prokuroru, 31 may 1999-cu ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin prokuroru, 24 aprel 2001-ci ildən Azərbaycan
Respublikası Hərbi prokurorunun köməkçisi, 31 may 2004-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 08 iyul 2004-cü ildən 24 fevral 2005-ci ilədək müvəqqəti olaraq Azərbaycan Respublikası  Hərbi  prokurorunun
köməkçisi vəzifəsini icra etmişdir. N.S.Abdullayev 27 may 2005-ci il tarixdən Lənkəran hərbi prokuroru, 04 avqust 2005-ci il tarixdən Yardımlı rayon prokuroru, 13 dekabr 2011-ci ildən Lənkəran rayon prokuroru, 14 oktyabr 2015-ci ildən Bakı şəhəri Qaradağ rayon prokuroru, 02 iyul 2019-cu ildən Şirvan şəhər prokuroru vəzifələrində işləmiş, 12 iyun 2020-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
N.S.Abdullayev Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018- ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Azərbaycan Respublikası Baş prokurorunun 17 iyul 2018-ci il tarixli əmri ilə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.