ŞURANIN TƏRKİBİ

Əhmədov Mübariz Hüseyn oğlu

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi

Əhmədov Mübariz Hüseyn oğlu 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.
2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına qulluğa qəbul edilərək 2005-ci ilədək olan müddətdə Qazax və Sumqayıt Hərbi prokurorluqlarının müstəntiqi vəzifələrində işləmişdir.
2005-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hüquqi təminat, Dövlət ittihamının müdafiəsi və Müraciətlərə baxılması idarələrində prokuror, böyük prokuror, idarə rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2015- 2020-ci illərdə o, Baş prokurorun böyük köməkçisi, Qusar rayon prokuroru vəzifələrində işləmişdir.
Mübariz Əhmədov 29 iyun 2020-ci il tarixdən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisidir. III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Peşə hazırlığının artırılması üçün o, bir sıra beynəlxalq təlimlərə, o cümlədən 2008-ci ildə Koreya Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həmin ölkənin Seul şəhərində yerləşən Ədliyyə Akademiyasında, 2011-ci ildə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Türkiyə Ədliyyə Akademiyasında, 2014-cü ildə Almaniya Federativ Respublikasının Kil və Azad Berlin Universitetlərində təlimlərə cəlb olunmuş, müxtəlif beynəlxalq forum və konfranslarda iştirak etmişdir.
O, Baş Prokurorluğun Etik Davranış Komissiyasının sədr müavini, “Azərbaycan Prokurorluğu” elmi-publisistik jurnalının baş redaktor müavini, Baş Prokurorluğun Ali Attestasiya, Müsabiqə komissiyalarının, habelə Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Hakimlərin Seçki Komitəsinin üzvü olaraq fəaliyyət göstərir.
Mübariz Əhmədov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Azərbaycan Respublikası Baş prokurorunun 28 sentyabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi (1918-2018)” xa- tirə medalı, Dövlət Sərhəd Xidməti rəisinin 19 avqust 2019-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, MDB Baş prokurorlarının Əlaqələndirmə Şurasının yaradılmasının 25 illiyi münasibətilə xatirə medalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 28 yanvar 2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəxri fərmanı ilə təltif edilmişdir.
Ailəlidir, iki övladı var.