ŞURANIN TƏRKİBİ

Behbudov Qəhrəman Novruz oğlu

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri
Behbudov Qəhrəman Novruz oğlu 21 sentyabr 1963-cü ildə Şahbuz rayon Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur.
1981-ci ildə Şahbuz Rayon Yuxarı Remeşin kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş, 1987-1992-ci illərdə Naxçıvan Dövlət Universitetində Tarix və əlavə hüquq ixtisası üzrə təhsil almışdır.
1992-1994-cü illərdə Naxçıvan Muxtar Respublikası Əmək və Məşğulluq mərkəzində hüquqşünas, 1994-cu ildə Naxçıvan Dövlət Universitetində kabinə müdiri, 1999-cu ildə Hüquq fənləri kafedrasında müəllim işləmişdir.
Q.N.Behbudov 1997-2004-cü illərdə birdəfəlik elmi şurada “Həsən bəy Zərdabinin siyasi-hüquqi görüşləri” adlı namizədlik dissertasiyasını müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır.
2005-ci ildə Naxçıvan Dövlət Universitetində Hüquq fənləri kafedrasının baş müəllimi, 2006-cı ildə həm də hüquq məsləhətçisi işləmişdir. 2016-cı ildən Hüquq fənləri kafedrasının müdiri vəzifəsinə təyin olunub. 2017-ci ildən “XIX əsrin axırı XX əsrin əvvəllərində Azərbaycanda siyasi- hüquqi fikrin inkişafı” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin dosenti seçilib. Hal-hazırda “İnsan hüquqları”, “Əmək hüququ”, “Dövlət və Hüquqi təlimlər tarixi” fənlərini tədris edir.
4 monoqrafiya və dərs vəsaitinin, 3 metodiki göstərişin, 40-dan çox elmi məqalənin müəllifidir.
Ailəlidir, iki övladı var.