ŞURANIN TƏRKİBİ

İbrahimov Elçin Zaur oğlu

Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri

İbrahimov Elçin Zaur oğlu 24 yanvar 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1997-ci ildən Azərbaycan Sərhəd Mühafizə orqanlarında zabit qismində həqiqi hərbi xidmətdədir.
2003-cü ildən Dövlət Sərhəd Xidməti aparatında idarə rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2008-ci il tarixli 2986 nömrəli Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti Kadrlar İdarəsinin rəisi, 11 iyul 2017-ci il tarixli 3053 nömrəli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti aparatının rəhbəri vəzifələrinə təyin olunmuşdur.
E.Z.İbrahimov Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 3097 nömrəli Sərəncamı ilə general-mayor hərbi rütbəsinə, 15 avqust 2014-cü il tarixli 686 nömrəli Sərəncamına əsasən isə Dövlət Sərhəd Xidməti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində xidmətlərinə görə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülmüşdür.
Ailəlidir, iki övladı var.