Türkiyə Ədliyyə Akademiyası tərəfindən təşkil edilən türkdilli dövlətlərin hakim və prokurorlarının tədris müəssisələrinin ilk yığıncağı

 

 

Baş Prokurorluq tərəfindən Türkdilli dövlətlərin hüquq mühafizə orqanları akademiyaları və təlim mərkəzləri ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər davam etdirilməkdədir.
2021-ci ilin 5 – 8 oktyabr tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi ilə təşkilata üzv dövlətlərin hakim və prokurorlarının tədris müəssisələrinin ilk iclası keçirilmişdir.

Türkiyə Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə üzv dövlətlərin müvafiq ədliyyə və prokurorluq təlim müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Covid-19 pandemiyası dövründə ədliyyə sisteminin fəaliyyətinə dair təcrübə mübadiləsi məsələləri, ən əsası isə “Türk Ədliyyə Akademiyaları Birliyi”nin təsis edilməsi ilə bağlı ilkin təşəbbüslər müzakirə edilmişdir.
Tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov təmsil etmişdir. Baş Prokurorluğun nümayəndəsi prokurorluq orqanlarında həyata keçirilən islahatlar, eləcə də Elm-Tədris Mərkəzinin fəaliyyəti barədə təqdimat etmişdir.
Tədbir iştirakçıları Türkiyə Respublikasının Ədliyyə naziri cənab Abdulhamid Gül, Ali Məhkəmənin sədri cənab Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru cənab Bekir Şahin, eləcə də digər dövlət rəsmiləri tərəfindən qəbul edilmiş, ədalət mühakiməsi sahəsində ən mühüm təsisatların fəaliyyəti ilə yaxından tanış olmuşlar.      
Səfər çərçivəsində Türkdilli dövlətlərin ədliyyə və prokurorluq təlim müəssisələri arasında əməkdaşlığın daha da intensivləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi barədə ümumi razılıq əldə edilmişdir.