“Müasir dövrdə daxili işlər orqanları üçün kadr hazırlığını həyata keçirən xüsusi təyinatlı ali təhsil müəssisələri: mövcud vəziyyət və perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 100 illik yubileyinə həsr edilmiş və 26.05.2021-ci il tarixdə Zoom proqramı vasitəsi ilə keçirilmiş “Müasir dövrdə daxili işlər orqanları üçün kadr hazırlığını həyata keçirən xüsusi təyinatlı ali təhsil müəssisələri: mövcud vəziyyət və perspektivləri” adlı beynəlxalq elmi-praktiki video-konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Mərkəzin şöbə rəisi Talıb Cəfərov və şöbə prokuroru Çingiz Əli-zadə iştirak etmişlər.
Tədbirə iştirak edən 70 nəfər şəxs sırasında xarici ölkələrin daxili işlər orqanlarının təhsil müəssisələrinin, yerli universitetlərinin və xüsusi təyinatlı ali təhsil müəssisələrinin nümayəndələri olmuşlar.
Konfrans iki hissədən ibarət olmaqla, tədbirin açılışını Polis Akademiyasının rektoru Canpolad Daanov etmiş, tədbir çərçivəsində iştirakçılar Akademiyanın imkanları ilə tanış edilmiş, Mərkəzin rəisi Mübariz Əhmədovun salamlama nitqində peşəkar kadrların hazırlığında xüsusi təyinatlı ali təhsil müəssisələrinin rolu vurğulanmış, tədbirin mövzusu ətrafında hüquq alimlərinin fikirləri eşidilmiş və müzakirələr aparılmışdır.