ŞURANIN FƏALİYYƏTİ

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurası” adlı kitab

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin (bundan sonra – Mərkəz) 2022-ci ilin birinci yarımilinə dair İş planının 4-cü bəndində “Azərbaycan Respublikası Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının 2020-2021-ci illər ərzində iclas materialları əsasında məlumat toplusu hazırlamaq” nəzərdə tutulmuşdur.
Tərtib olunan kitabın elmi redaktorları – Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və böyük prokuroru Nigar Qələndərli.
Kitab 330 səhifə olmaqla, titul vərəqindən, annotasiya, ön sözdən, III bölümdən, əsas hissədən və mündəricatdan ibarətdir. Topludakı materiallar “Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”na  uyğun olaraq tərtib edilmişdir.
Kitaba dair ümumi tələblər (nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı; buraxılış yeri və ili; əlyazmanın yığıma verildiyi və çapa imzalandığı tarix; hesab – nəşriyyat həcmi; fiziki həcmi; formatı; səhifələrin sayı; kağızın tipi; şriftin növü (qarnituru); çap üsulu; tiraj;  qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi. beynəlxalq standart nömrəsi (İSBN), müəlliflik hüququnu qoruma nişanı, standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri) göstərilmişdir.
“Azərbaycan Respublikasının prokurorluq orqanlarında metodik ədəbiyyatın nəşri Qaydaları”nın 2-ci maddəsində verilən anlayışlara görə, Kitab – ədəbi və ya elmi əsər məzmunlu, özündə mətn və şəkillər əks etdirən, kitabça formasında kağız vərəqələrdən ibarət, əsasən 48 səhifədən artıq həcmi və bir qayda olaraq bərk cildi olan, dövri olmayan, beynəlxalq standart nömrəsi (İSBN) olan nəşrdir. Məcmuə (sənədlər toplusu) – eyni və ya müxtəlif sahələrə aid bir neçə əsərlərin kitab formasında toplandığı, dövri olmayan nəşrdir. Məcmuələr, özündə əks etdirdiyi informasiyalara görə fərqlənir: qanunvericilik aktlarının və digər sahəli, xidməti sənədlərin külliyyatı; müxtəlif müəlliflərin elmi məqalələrinin, məruzə və tezislərinin, habelə elmi-praktiki, metodiki konfrans, seminar və digər tədbir materiallarının toplusu. 
Toplu Azərbaycan Respublikası Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının 22.09.2020-ci il, 15.03.2021-ci il, 17.06.2021-ci il və 16.11.2021-ci il tarixlərində keçirilmiş iclas materiallarını əhatə etməklə, nəşrdə Şuranın əsasnaməsi, üzvləri barəsində biblioqrafik məlumatlar, iclaslar zamanı səslənilmiş çıxışlar və müzakirələr, nəşrlərin və informasiya sistemlərin təqdimatları, şura qərarları və digər məlumatlar öz əksini tapmışdır.
Kitabda yer almış Şura iclaslarında müzakirə edilmiş bir çox aktual məsələlərin hüquq ictimaiyyəti üçün faydalılığını nəzərə alaraq, bu nəşr həmçinin metodiki əhəmiyyət kəsb edir. Kitabın təqdimatı Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 18.05.2022-ci il tarixli iclasında Mərkəzin böyük prokuroru Nigar Qələndərli tərəfindən keçirilmişdir.