KİTABXANA FONDU

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin kitabxana fondu – 2022

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni tikilib istifadəyə verilmiş inzibati binalar kompleksinin iki korpusunda yerləşib, müasir avadanlıqlarla təchiz edilmiş kitabxanalar Elm-Tədris Mərkəzinin idarəçiliyində hesabat ilində uğurlu fəaliyyətini davam etdirmişdir. Kitabxanaların malik olduğu zəngin ədəbiyyat fonduna müxtəlif dillərdə hüquq, tarix və mədəniyyət sahələrinə aid 4.737 sayda kitab daxildir. Kitabxananın fondunda o cümlədən, milli və xarici müəlliflərin monoqrafiyaları, dərs vəsaitləri, metodiki vəsaitlər, hüquqi və bədii əsərlər də yer alır. Kitabxanaların fondunda yer alan nəşrlər müvafiq sahələr üzrə bölüşdürülərək ayrı-ayrı şöbələrdə yerləşdirilmişdir. 2022-ci ildə kitabxananın ədəbiyyat fondu daha da zənginləşmiş, 225 sayda yeni nəşr əlavə edilmişdir. Qeyd edilməlidir ki, bu xüsusda Mərkəzin işçilərinin də rolu olmuş, fonda Nigar Qələndərli 92 ədəd, Nigar Əskərova 8 ədəd və İradə Xəlilova 2 ədəd kitab ianə etmişlər.