MODERATORLUQ

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemi

Azərbaycan Respublikası Baş Prokurorluğunun 2021-ci ilin birinci yarımilinə dair Fəaliyyət Planının 4-cü bəndinə əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemi yaradılıb.
Hazırlıq prosesində bu informasiya sistemi bir neçə dəfə sınaqdan keçirilmiş, sistemin proqram təminatı yüksək istehlak göstəricilərinə malikdir və tədrisin səmərəli təşkili üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu sistem:

  • tədris tədbirləri, təlimçilər və dinləyicilər barədə məlumatları, eləcə də məşğələ materiallarını müvafiq məlumat bazasına operativ qaydada daxil edilməsini,
  • bazada olan məlumatların müxtəlif parametrlər üzrə səmərəli və asanlıqla sistemləşdirilməsini,
  • internet vasitəsilə məsafədən bu məlumatlardan istifadə edilməsini və idarə olunmasını,
  • təlimçilərin və mövzuların düzgün seçiminin həyata keçirilməsini,
  • dinləyicilərin dairəsinin düzgün müəyyən edilməsini,
  • bazada olan məlumatların axtarışının və ixracının asanlıqla həyata keçirilməsini,
  • bu sahədə təhlillərin daha səmərəli aparılmasını təmin edir.

İnformasiya sistemindən istifadə yalnız idarədaxili məqsədlər üçün nəzərdə tutulduğundan, onun məlumat bazasına buraxılış əldə etmək üçün Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunda müvafiq qeydiyyatdan keçmək lazımdır. Təyinatı nəzərə alınaraq informasiya sisteminə moderatorluq Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinə tapşırılıb. Artıq onun məlumat bazasına 2020-ci ilin ikinci yarımili və cari il ərzində Mərkəz tərəfindən təşkilində iştirak edilmiş tədris tədbirləri daxil edilib. Şöbə və sektorun birgə səyləri nəticəsində sistemin interfeysinin dizaynı müəyyən olunaraq, sistemdən istifadəyə dair Təlimat tərtib edilmişdir.