MODERATORLUQ

“Distant tədris” platforması – 2021

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin alt-domenində yerləşən “Distant tədris” platformasına Zoom, Skype və Teachbase proqramları inteqrasıya edilib.
Hazırlıq prosesində ilk öncə Mərkəzdə tədrisin distant formada keçirilmə təcrübəsinə əsaslanaraq, Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsi tərəfindən Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoruna tədbirin həlli qaydası barədə sifariş verilmişdir. Növbəti mərhələdə Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən sifarişdə olan tələblər nəzərə alınaraq, Mərkəzin www.etmprok.az adlı alt-domenində yerləşən “Distant tədris” platformasına dəyişikliklər edilməsi üçün onun proqram təminatı təkmilləşdirilmiş və bu platformaya Zoom, Skype və Teachbase proqramları inteqrasıya edilmişdir. Eyni zamanda şöbə və sektorun birgə səyləri nəticəsində Mərkəzin alt-domeninin interfeysinin dizaynı yenilənmiş, platforma və orada olan proqramlardan istifadəyə dair Təlimat hazırlanmışdır. Hazırki dəyişikliklər nəticəsində “Distant tədris” platformasının istehlak göstəriciləri artmış və tədrisin distant formada, xüsusən sərbəst rejimdə təşkili üçün daha səmərəli şərait yaranmışdır.
Mərkəzin www.etmprok.az adlı alt-domenindən istifadə yalnız idarədaxili məqsədlər üçün nəzərdə tutulduğundan, ona buraxılış əldə etmək üçün İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunda müvafiq qeydiyyatdan keçmək lazımdır, ondan istifadə və qavranması asandır, hazır olan əqli məhsulu müsbət qiymətləndirmək olar.