Risk göstəricilərinin müəyyən edilməsi, vahid təcrübənin formalaşdırılması, eləcə də hüquqi aktlar və sənədlər üzrə rəy və təkliflərin verilməsi – 2022

Qanunvericilikdə baş verən dəyişikliklərə əsasən, eləcə də təcrübəyə uyğunlaşdırmaq məqsədilə hər bir normativ hüquqi sənəd kimi Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” da vaxtaşırı təkmilləşdirilməlidir. 16.05.2022-ci ildə Mərkəz tərəfindən Qaydaların icraya yönəldiyi dövr ərzində təcrübədə yaranan praktiki çətinliklərin, ziddiyyətli halların aradan qaldırılmasına və onların həllinə, eləcə də vahid təcrübənin formalaşmasına xidmət edəcək 19 təklif irəli sürülmüşdür.
Qaydaların 266 və 267-ci bəndlərinə uyğun olaraq Mərkəz vahid təcrübənin formalaşdırılmasında iştirak edərək, prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər qəbul edir və onları ümumiləşdirir. Mərkəz prokurorluğun institusional və hüquqi bazalarının təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmiş, müxtəlif sənədlərin təkmilləşdirilməsi üçün elmə və hüquqa əsaslanan təkliflər vermiş, onlara münasibətini bildirmişdir. Göstərilən sənədlər sırasından aşağıdakıları misal kimi göstərmək olar:

  • Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”Fərmanının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış Nazirlər Kabinetinin qərar layihəsi;
  • Beynəlxalq hüquqi əməkdaşlıq idarəsi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Bolqarıstan Respublikasının Prokurorluğu arasında Əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun layihəsi;
  • Prokurorluq orqanlarında xidməti informasiyanın təqdim edilməsi Qaydası”nın layihəsi;
  • Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Tacikistan Respublikasının Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə Agentliyi arasında korrupsiya ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi;
  • Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Polşa Respublikasının Milli Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsi;
  • Respublika Hərbi Prokurorluğu tərəfindən hazırlanmış hərbi prokurorluq orqanlarının hərbi qulluqçu olan prokurorluq işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasını tənzimləyən normalarının layihəsi;
  • Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklər edilməsinə dair layihə və sair.

 

Hüquqi aktlar və sənədlər üzrə rəy və təkliflərin verilməsi

 

2022-ci il ərzində Mərkəzə rəy və təkliflərin verilməsi, eləcə də münasibət bildirilməsi üçün 500-dən artıq hüquqi aktlar, məktublar və digər sənədlər daxil olmuşdur. Milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə bu müraciətlər üzrə Mərkəz tərəfindən bir çox konkret təkliflər irəli sürülmüş, elmə və hüquqa əsaslanan münasibət bildirilmişdir. Misal kimi təkliflər verilmiş aşağıdakı sənədləri göstərmək olar:

  • Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydaları”na dəyişikliklər edilməsi ilə əlaqədar qərar layihəsi;
  • Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış qanun, fərman, sərəncam və qərar layihələri;
  • Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış yeni Gömrük Məcəlləsinin, onun təsdiqi ilə bağlı qanun və fərman layihələri;
  • Daxili İşlər Nazirliyi tərəfindən insan alverinə qarşı mübarizə ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələri;
  • Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış qanun və fərman layihələri;
  • Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun və digər əlaqəli sənədlərin layihələri;
  • Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunların və digər əlaqəli sənədlərin layihələri;
  • Vəkillik və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi ilə əlaqədar qanun layihəsi;
  • Ali Məhkəmə Plenumunun qərar layihələri;
  • Auditorlar Palatası tərəfindən hazırlanmış qanun layihələri;
  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış qanun və fərman layihələri;

Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış “Polis haqqında” Qanuna dəyişikliklə əlaqədar qanun layihəsi və sair.