Risk göstəricilərinin müəyyən edilməsi, vahid təcrübənin formalaşdırılması, eləcə də hüquqi aktlar və sənədlər üzrə rəy və təkliflərin verilməsi – 2020

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 266 və 267-ci bəndlərinə uyğun olaraq Elm-Tədris Mərkəzi vahid təcrübənin formalaşdırılmasında iştirak edərək, prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər qəbul edir və onları ümumiləşdirilir. 2020-cu il ərzində Mərkəzə 710-dan artıq müraciət daxil olmuşdur. Mərkəz prokurorluğun institusional və hüquqi bazalarının təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmiş, müxtəlif sənədlərin təkmilləşdirilməsi üçün elmə və hüquqa əsaslanan münasibətini bildirmiş, habelə milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə digər dövlət orqanlarının təqdim etdikləri layihələr üzrə konkret təkliflərini irəli sürmüşdür. Göstərilən işlər sırasında aşağıdakıları misal kimi göstərmək olar:

  • Ermənistan Respublikası tərəfindən beynəlxalq hüquq normalarının, BMT-ın konvensiyalarının müddəalarına zidd olaraq Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibəyə görə beynəlxalq yurisdiksiyada müvafiq hüquqi təqib tədbirlərinin həyata keçirilməsinə dair izahedici geniş məlumat hazırlanmış; İXM-də dəyişikliklər edilməsi məqsədilə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə müraciət edilməsinə dair Hərbi Prokurorluğun; klinika və kabinetlərdə müxtəlif kosmetoloji əməliyyatların və prosedurların aparılması nəticəsində baş vermiş ağır fəsadlarla bağlı müraciətlərin həlli zamanı təcrübədə yaranan problemlərə dair, eləcə də məhkəmələr tərəfindən cinayət işlərinin baxılmasına xitam verməklə onların prokurora qaytarılması ilə bağlı vahid təcrübəsinin yaradılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumuna müraciət edilməsi ilə əlaqədar Xətai rayon prokurorluğunun müraciətlərinə; CM-in 208.1 və İXM-in 483-cü maddələrinə dəyişikliklər edilməsi ilə bağlı Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən hazırlanmış layihələrə münasibət bildirilmiş;
  • CM-in 262-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin istintaq aidiyyəti müəyyənləşdirərkən təcrübədə yaranan problemlərə dair təkliflər verilərək, CM-nin 126.1 və 126.2-ci maddələri ilə istintaqı aparılan cinayət işləri üzrə istintaq aidiyyətinin prokurorluq orqanlarına həvalə edilməsi ilə bağlı Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin müraciətinə münasibət bildirilmiş;
  • Ali Məhkəmə Plenumunun bir sıra qərarlarına dəyişikliklərin edilməsi haqqında qərar layihələrinə təkliflər verilərək, Balakən Rayon Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” və Sumqayıt Apellyasiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsində nəzərdə tutulmuş təkrarlığın həmin Məcəllənin 18.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinə ünvanlandığı müraciətlərə münasibət bildirilmiş;
  • Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 08.10.2019-cu il tarixli 1677-VQD №-li,  “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01.05.2020-ci il tarixli 68-VIQD №-li, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 25.06.2020-ci il tarixli 140-VIQD №-li, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29.06.2020-ci il tarixli 147-VIQD №-li qanunların tətbiqi ilə bağlı təkliflər irəli sürülmüş;
  • Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29.06.2020-ci il tarixli 146-VIQD №-li, eləcə də 25.06.2020-ci il tarixli 140-VIQD №-li qanunların tətbiqi ilə bağlı hazırlanmış, eləcə də “İctimai işlər növündə cəza və ya inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə etmə Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərar layihələrinə münasibət bildirilmiş;
  • Probasiya nəzarətinin həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış CM, CPM və CİM-də dəyişiklik edilməsi barədə; DİN-in hazırladığı CM, CPM və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilməsinə dair; “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində hazırlanmış CPM-də dəyişiklik edilməsi haqqında; “Probasiya fəaliyyəti haqqında”; “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında”; Bəzi kateqoriyalı şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının müvəqqəti götürülməsi ilə bağlı hazırlanmış “Azərbaycan Respublikasının Miqrasiya, Cinayət-Prosessual, Cəzaların İcrası və Cinayət Məcəllələrində dəyişiklik edilməsi haqqında”; Dövlət Qulluğu Məcəlləsinin tətbiqinə dair qanun layihələri üzrə, habelə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası tərəfindən tərtib edilmiş “Milli təhlükəsizlik haqqında” model qanun layihəsi üzrə təkliflər verilmiş;
  • Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə Təlimat”da dəyişikliklərin edilməsinə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və “bp-nin Azərbaycanda 2019-cu il üçün Davamlı İnkişaf haqqında Hesabatı”na dair müraciətlərə münasibət bildirilmiş;
  • Xəzəryanı dövlətlərin baş prokurorlarının Xəzər dənizində ətraf mühitin mühafizəsi və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq haqqında Bəyannamə”, “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydaları”, “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları” və “Blokçeyn-texnologiyalar və kriptovalyutadan istifadə etməklə törədilən cinayətlərə qarşı mübarizə üzrə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polisi) tərəfindən istifadə olunan Terminlər lüğəti” layihələri ilə bağlı təkliflər verilmiş;
  • Azərbaycan  Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi ilə bağlı hazırlanmış rəyə, “İslam Konfransı Təşkilatının beynəlxalq terrorçuluqla mübarizə haqqında Konvensiyası” və ona əlavə edilmiş sənədlərə münasibət bildirilmiş;
  • Xarici İşlər Nazirliyinə yüngül və atıcı silahlar üzrə 2018 və 2019-cu illərdə həyata keçirilmiş idxal-ixrac əməliyyatları haqqında məlumatlar verilməsinə dair məktuba münasibət bildirilərək; Ölkə ərazisində həyata keçirilən abadlaşdırma işləri zamanı bir sıra hallarda qanunvericiliyin tələblərinin pozularaq mülkiyyətçilərə və əmlak sahiblərinə vurulan zərər nəticəsində zərərin əvəzinin ödənilməsinə dair və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərlə əlaqədar Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na dəyişikliklərin edilməsi təklif edilmişdir.

Qaydaların 23.32-ci bəndinə əsasən Mərkəz hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə  əlaqələr qurur. Bu məqsədlə Mərkəz tərəfindən “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin  18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli Qərarı üzrə maarifləndirici tədbirlər həyata keçirilmişdir.