TƏDQİQATLAR

Kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində təhlil

2021-ci ildə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində aparılmış elmi tədqiqatlar üzrə məlumatlar toplanılmış, təhlilin yekununa dair arayış tərtib edilmiş, təhlil nəticələri bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə verilmiş təkliflər zamanı nəzərə alınmışdır.
Təhlildə rəqəmsal iqtisadiyyata toxunulmuş, elementlərinə aydınlıq gətirilərək onun ən geniş yayılmış növü olan elektron ticarətin mahiyyətinə aydınlıq gətirilmişdir. Həmçinin “kriptovalyuta” adlandırılan virtual (rəqəmsal) pul maliyyə sisteminin nədən ibarət olduğu, onun yaranma tarixi təhlildə öz əksini tapmışdır.
Habelə, təhlil üzrə yekun arayışda son zaman dünya iqtisadiyyatında ciddi marağa səbəb olan kriptovalyuta üzrə çoxsaylı elmi araşdırmalardan (Bitkoin şəbəkəsi Lightning: Bitkoindən kənar miqyaslı ani ödənişlər; Bitkoinin Magistral Protokolu; Rəqəmsal valyutalar; “Eqoist mədənçilik” və sair) misallar gətirilmiş,
Bundan başqa, sənəddə bu sahədə Rusiya Federasiyasının, Belarus və Ukrayna Respublikalarının təcrübələri müqayisəli şəkildə öz əksini tapmış və aşağıdakı təkliflər irəli sürülmüşdür.
1. Rəqəmsal maliyyə aktivləri və blokçeyn texnologiyaları üzrə qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi.
2. Rəqəmsal maliyyə sektorunun tərkibinə daxil bankçılıqda ehtiyac duyulan əsas meyarlar ictimaiyyətin maliyyə savadlılığı, bankların sağlam rəqabəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi.
3. Rəqəmsal maliyyə aktivlərinin sığortası sahəsində yeni xidmətlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi.
4. Texnoloji inkişaf sahəsində dövlət qurumlarının və özəl təşkilatların yeni nəsil şəbəkə texnologiyalarının imkanlarında istifadə ilə bağlı və elektron xidmət göstərən mərkəzlərin fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi.
5. Cinayət və Cinayət Prosessual Məcəllələrinə kibercinayətlərə və onlarla bağlı istintaqın aparılması xüsusatlara dair müddəaların əlavə edilməsi.
6. Mülki və Mülki Prosessual Məcəllələrinə rəqəmsal əqdlərlə bağlı müddəaların əlavə edilməsi.
7. Kriptovalyta və blokçeyn texnologiyaları haqqında qanunun hazırlanması.