TƏDQİQATLAR

Dövlət ittihamçılarının nitqlərinin qabaqcıl beynəlxalq təcrübə və milli qanunvericiliyin tələblərinə uyğunluğunun təhlili

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin 2020-ci ilin ikinci yarım ilinə dair İş planının 3-cü bəndində nəzərdə tutulmuş “Dövlət ittihamçılarının nitqlərinin qabaqcıl beynəlxalq təcrübə və milli qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi və bu sahədə işin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi” adlı tədbir vaxtında və tam icra edilmişdir.

Tapşırığın icrasını təmin etmək məqsədi ilə təhlilin prinsipləri, predmet dairəsi, icra mexanizmi və vasitələri əvvəlcədən müəyyən edilmiş, təhlil Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarə tərəfindən hazırlanmış və hazırda tətbiq edilən “Dövlət ittihamçılarının nümunəvi ittiham nitqləri” toplusuna daxil olan nitqlər üzrə aparılmışdır. Həmçinin ittiham nitqinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Rusiya, Belarus, Ukrayna və digər ölkələrin hüquq elminin tanınmış simalarının əsərləri öyrənilmiş, Avropanın qabaqcıl dövlətlərinin təcrübəsi nəzərdən keçirilmişdir. Təhlil nəticəsində əldə edilmiş bilik və məlumatların dövlət ittihamçıları tərəfindən təcrübədə istifadəsini daha səmərəli edilməsi üçün onlar milli qanunvericiliyinin tələbləri ilə bir kontekstdə ifadə olunmuşdur.

TƏHLİLİN  STRUKTURU

  • Giriş
  • Məhkəmə çıxışlarının anlayışı
  • İttiham nitqinin hazırlanması
  • İttiham nitqinin strukturu və məzmunu
  • İttiham nitqinin giriş hissəsi
  • İttiham nitqinin təsviri-əsaslandırıcı hissəsi
  • Ittiham nitqinin nəticə hissəsi

Təhlilin yekunu üzrə təklif edilmişdir ki, Baş Prokurorluq üzrə 30.09.2020-ci il tarixli 15/7 №-li əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun 2020 – 2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası”nın icrası üzrə Tədbirlər Planının 5.3.3-cü bəndində1 nəzərdə tutulmuş tədbir çərçivəsində təhlilin nəticələrini video-konfrans formatında dövlət ittihamçıları üçün təqdimatını keçirmək. Eyni zamanda təhlillə əldə edilmiş materialların Elm-Tədris Mərkəzinin tədris tədbirlərində istifadə edilməsi planlaşdırılmışdır.