Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Dövlət qulluğunda etik dəyərlər və qanunvericiliyin tətbiqi məsələləri” mövzusu üzrə təlim keçirilmişdir

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluqda çalışan dövlət qulluqçularının bilik və peşə hazırlığının artırılması məqsədilə mütəmadi olaraq tədris tədbirləri təşkil edilir.
Bu tədbirlərin davamı olaraq, fevralın 28-i prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan 165 nəfər üçün “Dövlət qulluğunda etik dəyərlər və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda növbəti təlim təşkil edilib.
Tədbir zamanı təlimçilər Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin baş məsləhətçisi İlkanə Qasımova,  Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Elmir Paşazadə və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov tərəfindən dinləyicilərə “Ümummilli lider Heydər Əliyev – müasir dövlət qulluğu sisteminin banisi”, “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri”, “İşçilər arasında qarşılıqlı münasibətlər sistemi” və “Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzularında mühazirə-təqimatlar nümayiş etdirilib.
Prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları üçün təlimlər davam etdiriləcək.