Prokurorluqda xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilər üçün fakültativ kursu

Prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər prokurorluqda xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilərə də şamil edilir. Belə ki, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 2020-ci ilin avqust ayının 17-dən sentyabr ayının 18-dək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 26 nəfər dövlət qulluqçusu üçün informasiya texnologiyalarından və zəruri proqram təminatlardan istifadə bacarıqların artırılması kursu keçirilmişdir.
Kursun təşkili ilə bağlı tədris planı hazırlanmış, dinləyicilər iki qrupa bölünərək, I qrup üçün saat 14:30-dan 15:30-dək, II qrup üçün isə saat 16:00-dan 17:00-dək Zoom proqramı vasitəsilə canlı rejimdə distant formatında tədris keçirilmişdir. Kursun sonuncu həftəsində pandemiya qaydaları riayət edilməklə tədris prosesi Elm-Tədris Mərkəzində həyata keçirilmişdir.