Maarifləndirmə tədbirləri – 2022

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 23.32-ci bəndinə əsasən Elm-Tədris Mərkəzi hüquqi bilikləri təbliğ edir, maarifləndirmə işlərini həyata keçirir, bu sahədə əlaqələr qurur. Bu məqsədlə Mərkəz tirajı 700-dən artıq olan, prokurorluq qurumları, dövlət orqanları və elmi-təhsil müəssisələri arasında paylanılan “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalın, eləcə də digər dövri nəşrlərin imkanlarından geniş istifadə etmişdir.

Məsələn, hesabat dövründə çap edilmiş “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalın nömrələrində foto və illüstrasiyalarla zəngin olan Mərkəzin şöbə rəisi Fərid Dadaşovun və böyük prokuroru Çingiz Əli-zadənin “Müstəqil Azərbaycanın Zəfər amnistiyası”, prokuroru Rəşad Qasımovun “Ağ ölüm – qara fəsad” adlı məqalələri dərc edilmişdir.
Habelə, foto və illüstrasiyalarla zəngin olan Mərkəzin rəisi Mübariz Əhmədovun “Sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinə görə beynəlxalq yurisdiksiyada hüquqi təqib tədbirlərinin həyata keçirilməsinin qayda və üsulları” adlı məqaləsi dərc edilməsi üçün “Dövlət ittihamının müdafiəsi təcrübəsi” bülletenin redaksiya heyətinə təqdim edilmişdir.
Mərkəzdə şöbənin böyük prokuroru Nigar Əskərova tərəfindən “Some Questıons Of The Investıgatıve Approach Of Cyber Crımes” (Kibercinayətlərin istintaq metodikasinin bəzi məsələləri) adlı məqalə ingilis dilində hazırlanaraq, dərc edilməsi üçün “Azərbaycan Prokuroru” jurnalının redaksiya heyətinə təqdim edilmişdir.
Mərkəzin böyük prokuroru Nigar Qələndərlinin “Государственная политика Азербайджана в области биоэтики” adlı məqaləsi isə rus dilində “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalda dərc edilmişdir.
İşğaldan azad edilmiş Azərbaycan əraziləri ilə əlaqədar “Hayastan All Armenian Fund” adlı təşkilatın və xaricdə fəaliyyət göstərən digər erməni diaspor təşkilatlarının qanunsuz hərəkətlərinə dair təkzibedilməz dəlillər göstərilmiş, belə hərəkətlərin qarşısının alınması, eləcə də təqsirli təşkilatların məsuliyyətə cəlb olunmasında istifadə edilməsi üçün ingilis dilində hazırlanmış müvafiq hesabatla əlaqədar Mərkəz tərəfindən altı tədbirin keçirilməsi təklif edilmişdir.

19.04.2022 və 24.05.2022-ci il tarixlərdə Baş Prokurorluğun əsas inzibati binasında və yeni inzibati binalar kompleksində Bakı Dövlət və “ADA” Universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri üçün “Açıq qapı günü” adlı tədbirin təşkilində və keçirilməsində Mərkəzin işçiləri yaxından  iştirak edərək, tədbir çərçivəsində Mərkəzin böyük prokuroru Nigar Qələndərli çıxış etmişdir.
Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılmasında Mərkəzin böyük prokuroru Nigar Qələndərli iştirak etmişdir.
Həmçinin milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilmə məqsədilə təşkil edilən tədbirlərdə iştirak etmiş prokurorluq işçiləri sırasında Mərkəzin əməkdaşları də olmuşlar. O cümlədən:

    • 25.01.2022-ci ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı musiqi proqramında tamaşaçı qismində Nigar Qələndərli iştirak etmişdir.
    • 16.03.2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş etdirilmiş “Nizami” baletinə Mərkəzin bir qrup işçisi seyr etmişdir.
    • 09.04.2022-ci ildə Marionet Teatrında “Leyli və Məcnun” adlı tamaşaya Günay İsmayılova, İradə Xəlilova və Ruslan Ağayev baxaraq, Azərbaycan Dövlət Teatr, Musiqi Mədəniyyəti və İstiqlal muzeylərinə ziyarətdə isə Nigar Əskərova iştirak etmişdir.
    • 23.04.2022-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğuna ziyarətdə Günay İsmayılova olmuşdur.
    • 08.05.2022-ci ildə Şuşa şəhərində keçirilən “Kulinariya festivalında” Sarıtel Əliyeva iştirak etmişdir.
    • 14.05.2022-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə səfərdə İradə Xəlilova olmuşdur.
    • 04.06.2022-ci ildə Heydər Əliyev Sarayında göstərilmiş “Parni iz Baku” klubunun tamaşasına Mərkəzin bir qrup işçisi seyr etmişdir.
    • 18 – 19 iyun 2022-ci ildə Qax və Şəki şəhərlərinə səfərdə Ruslan Ağayev iştirak etmişdir.