Prokurorluq işçilərinin kurslara göndərilməsi – 2022

Qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, qanunvericilik və institusional aktivlərin bərpası istiqaməti üzrə Litva Respublikasının Xüsusi İstintaq Xidməti tərəfindən 27 ay ərzində icra olunacaq “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsində dinləyici qismində Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 253-cü bəndi baxımından prokurorluq işçilərinin iştirak etmələrinin mümkünlüyü barədə Mərkəz tərəfindən müsbət rəy verilmişdir.
7 – 9 fevral 2022-ci ildə Avropa İttifaqı və Avropa Şurasının CyberEast birgə layihəsi çərçivəsində prokurorlar və digər hüquq mühafizə orqanlarının işçiləri üçün “Kibercinayətkarlıq və Elektron Sübutlar” mövzusunda keçirilmiş təlimlərdə Nigar Qələndərli və Nigar Əskərova iştirak edərək, sonuncuya təlimin yekunu üzrə müvafiq sertifikat təqdim edilmişdir.
14 – 25 mart 2022-ci ildə Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq Akademiyası tərəfindən həyata keçirilmiş “Şəxsiyyət əleyhinə cinayətlərin istintaqı” adlı distant ixtisasartırma proqramı üzrə tədris tədbirini uğurla başa vuraraq, Nigar Əskərova buraxılış işini “Azərbaycan Respublikasında istintaq riskləri” mövzusunda müdafiə etmişdir.
16 – 19 may 2022-ci ildə Baş Prokurorluq və Avropa İttifaqı Nümayəndəliyi ilə birgə TAIEX texniki yardım aləti çərçivəsində təşkil olunmuş “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” mövzusunda təlimdə Nigar Əskərova və Ruslan Ağayev iştirak etmişlər.
02.06.2022-ci ildə Avropa Şurasının Bakı Ofisi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə prokurorluq orqanlarının əməkdaşları və vəkillər üçün “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində “İnformasiyaya və rəsmi sənədlərə çıxış” mövzusunda keçirilmiş təlimdə Mərkəzin və Baş Prokurorluğun digər qurumlarının 10 əməkdaşı iştirak edərək, müvafiq sertifikat almışlar.
28 – 30 iyun 2022-ci ildə UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlimdə Nigar Əskərova iştirak edərək, müvafiq sertifikat almışdır.
Belarus Respublikası İstintaq Komitəsinin “İxtisasartırma və yenidən hazırlıq institutu” təhsil müəssisəsi tərəfindən təşkil edilmiş “Ekstremist yönümlü cinayətlərin qarşısının alınmasının təşkilati əsasları” və “İstintaq fəaliyyətində istifadə edilən informasiya texnologiyaları və elmi-texniki vasitələr” mövzuları üzrə təlimlərlə prokurorluq işçilərinin göndərilməsi üzrə təşəbbüs göstərilmişdir.
26 – 27 sentyabr 2022-ci ildə Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi CyberEast və CyberSecurity layihələri üzrə Bakı şəhərində təşkil olunmuş təlimdə Nigar Əskərova iştirak etmişdir.
2022-ci ilin sentyabr və oktyabr ayları ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”, “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri”, “Münaqişələrin idarə olunması”, “İş yerində sosial münasibətlər və təşkilati mədəniyyət” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında təşkil edilmiş təlimlərdə Mərkəzin dövlət qulluqçuları Oqtay Mirzəyev, Rafiq Quliyev, Lahiyə Məmmədova və Ziya Qasımlı onlayn iştirak etmişlər.
19 – 21 oktyabr 2022-ci ildə Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX) çərçivəsində İtaliya Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində səlahiyyətli orqanların əməkdaşlığı: aktual çağırışlar və müasir yanaşma” mövzusunda təşkil edilmiş İtaliyanın Roma şəhərinə təlim səfərində Əmir Ocaqverdiyev iştirak etmişdir.
21.10.2022-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Beynəlxalq humanitar hüquq (BHH) pozuntularının araşdırılmasına cəlb olunmuş hüquq ekspertlərinin iştirakı ilə təşkil edilmiş təlimdə Nigar Əskərova iştirak etmişdir.
7 – 9 noyabr 2022-ci ildə Avropa Şurası və Avropa İttifaqı ilə birgə həyata keçirilən Yaxşı İdarəçilik naminə tərəfdaşlıq (PGG II) regional layihəsi çərçivəsində Fransanın Strasburq şəhərində maliyyə istintaqı mövzusuna həsr edilmiş təlimdə Mübariz Əhmədov və Əmir Ocaqverdiyev iştirak etmişlər.
22 – 23 noyabr 2022-ci ildə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) məsul nümayəndəsi Vladimir Kozin və maliyyə cinayətlərinin araşdırılması üzrə ixtisaslaşmış xarici ekspert Conatan Bentman tərəfindən “Maliyyə cinayətlərinin araşdırması” mövzusunda praktiki təlim sessiyasında Əmir Ocaqverdiyev, Rauf Abdullayev, Nigar Əskərova və Rafiq Əliyev iştirak etmişlər.
01.12.2022-ci ildə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyətinin səfəri çərçivəsində “Korrupsiya ilə mübarizə sahəsində qanunvericiliyin tətbiqi təcrübəsi. Korrupsiya hüquqpozmalarının qarşısının alınması, korrupsiya yolu ilə əldə edilmiş əmlakın xaricdən geri qaytarılmasının aktual məsələləri” mövzusunda təlimdə Nigar Əskərova iştirak etmişdir.

20.12.2022-ci ildə keçirilmiş “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) standartları: məqsəd və mahiyyəti” adlı təlimdə Nigar Əskərova iştirak etmişdir.