“Yeni növ ekspertizalar və tədqiqat işinin təşkili” mövzusunda birgə təlim

2022-ci il üçün prokurorluq orqanları qarşısında duran vəzifələrin icrasına dair Tədbirlər Planına əsasən, 23 iyun 2022-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının işçiləri üçün “Yeni növ ekspertizalar və tədqiqat işinin təşkili” mövzusunda əyani formada təlim keçirilmişdir.

Tədbirə təlimçi qismində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ixtisaslı əməkdaşları cəlb edilmişdir.

Tədbir zamanı təlimçilər tərəfindən “Elmi-tədqiqat işinin təşkili qaydası”, “Kompüter-texniki, kontrafakt məhsulların və əqli mülkiyyət obyektlərinin tədqiqi”, “Audio və video yazıların ekspertizaları”“Məhkəmə-linqvistik ekspertizalarının inkişaf perspektivləri” mövzuları üzrə mühazirələr deyilmiş, dinləyicilərin maraq doğuran sualları cavablandırılmışdır.