“Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın müddəalarının tətbiqi” mövzusunda seminar

Azərbaycan Respublikası Baş prokurorunun tapşırığına əsasən, Baş Prokurorluğun struktur qurumlarında, eləcə də tabe rayon (şəhər) prokurorluqlarında qısa müddətdə müəyyən tələblərin öyrənilməsi məqsədilə “Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın müddəalarının tətbiqi” mövzusunda seminarların keçirilməsi üçün Elm-Tədris Mərkəzi tərəfindən 19 tədris proqramı tərtib edilmiş və cari ilin aprel ayının 1-dən may ayının 6-dək Mərkəzin işçiləri üçün bu mövzu üzrə seminarların keçirilməsi təmin olunmuşdur.
Tədbir çərçivəsində Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” ilə müəyyən edilmiş aşağıdakı müddəalar tədris obyekti olmuşlar:

  • Ümumi normaların tətbiqi qaydası (bölmə 1)
  • Baş Prokurorluğun struktur qurumlarının vəzifə və funksiyaları, onların digər prokurorluq qurumları ilə qarşılıqlı əlaqəsi (bölmə 2 və 3)
  • Tədrisin təşkili üzrə ümumi məsələlər, qulluğa qəbul olunanlarla işlər və peşə hazırlığının artırılması üzrə tədbirlər (fəsil 52 – 54)
  • Tədqiqatların aparılması və vəsaitlərin hazırlanması qaydası (fəsil 55 və 56)
  • Katiblik funksiyalarının həyata keçirilməsi, Etik Davranış Komissiyası və onun işinin təşkili qaydası (fəsil 57 və bölmə 24)
  • Elm-Tədris Mərkəzinin digər fəaliyyət növləri (fəsil 58)
  • Prokurorluq qurumlarının fəaliyyətinin planlaşdırılması, təşkilati və intizam məsələlərinin həlli (fəsil 20 və 22)
  • Məxfi sənədlərə işləməyə buraxılışların rəsmiləşdirilməsi və kadrların qiymətləndirilməsi qaydası (bənd 144 və fəsil 26)
  • İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin həyata keçirilməsi və xüsusi müsadirə məsələlərin əlaqələndirilməsi qaydası (bənd 162 və bölmə 14)
  • Beynəlxalq hüquqi əməkdaşlıq və hüquqi təminat sahəsi üzrə işin təşkili qaydaları (bölmə 15 və fəsil 37)
  • Sənədlərlə və müraciətlərlə işin təşkili qaydası, Kriminalistika və informasiya texnologiyalarının tətbiqi (bölmə 16 və 18)
  • Mətbuat xidmətinə məlumatın verilməsi, xidməti silahdan istifadə qaydaları və atıcılığın təşkili (fəsil 59 və bölmə 29).

Seminarlar zamanı aparılan müzakirələr nəticəsində Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na dəyişikliklərin edilməsi ilə əlaqədar onun tətbiqi zamanı yaranan praktiki çətinlikləri, ziddiyyətli halları və onların həlli yollarını əhatə edən əsaslandırılmış təkliflər irəli sürülmüşdür. Təkliflər paketi baxılması üçün Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə təqdim olunmuşdur.