“Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” mövzusunda təlim

10.09.2021-ci ildə Elm-Tədris Mərkəzin və Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün “Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” adlı təlim keçirilmişdir.
Dinləyici qismində Baş Prokurorluqda, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində və Respublika Hərbi Prokurorluğunda inzibati və yardımçı dövlət qulluğu vəzifələrində işləyən 21 nəfər şəxs iştirak etmişdir.
Təlimin məqsədi dövlət qulluqçuların yüksək mənəvi dəyərləri və etik davranış prinsiplərini əsas tutan, bilik və bacarıqları artırılmasına dəstək olmuşdur. Tədbir müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, distant formada onlayn rejimdə həyata keçirilmişdir.
Dinləyicilər qarşısında Elmi-Məsləhət Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” mövzu ilə çıxış etmişdir. Tədbir çərçivəsində məsələyə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Mərkəzin böyük prokuroru Nigar Qələndərli öz münasibətlərini bildirmişlər.