Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən namizədlər üçün Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimin keçirilməsinə dair

2020-ci ildə Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 9 nəfər namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə 15.07.2020-ci il tarixdən 12.08.2020-ci il tarixədək Ədliyyə Akademiyası ilə birgə distant formasında icbari təlim təşkil olunmuşdur.
Bu icbari təlimin təşkili üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin (bundan sonra – Mərkəz) işçiləri təlim proqramının (mövzu və təlimçilərin seçimi) və tədris cədvəlinin hazırlanmasında iştirak etmiş, təlimçilərin tədris prosesində iştiraklarının təmin olunması üçün Mərkəz tərəfindən müvafiq prokurorluq qurumlarına müraciətlər göndərilmiş, icbari təlimin nəticələri üzrə 12.08.2020-ci il tarixdə keçirilmiş şifahi imtahanda Mərkəzin rəisi Mübariz Əhmədov iştirak etmişdir.
Həmçinin Mərkəzin işçiləri bu distant formatlı icbari təlimdə təlimçi qismində də iştirak etmişlər. Belə ki, təlimin proqramında nəzərdə tutulmuş 70 məşğələ və tədbirin 23-ü (33 %) məhz Mərkəzin işçiləri tərəfindən tədris olunmuşdur.