Ocaqverdiyev Əmir İlham oğlu

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi, ədliyyə müşaviri

Ocaqverdiyev Əmir İlham oğlu 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2005 – 2009-ci illərdə Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi; 2009 – 2013-ci illər ərzində Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru; 2013-2020-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru, böyük prokuroru, rəis müavini vəzifələrində işləmişdir. Hazırkı vəzifəyə isə Azərbaycan Respublikası Baş prokurorunun 14.07.2022-ci il tarixli 10/349-k №-li əmri ilə təyin edilmişdir.
Prokurorluqda işlədiyi müddət ərzində xidməti vəzifələrini nümunəvi icra etdiyi üçün Azərbaycan Respublikasının müvafiq əmrləri ilə dəfələrlə həvəsləndirilmişdir. O  cümlədən xidməti nailiyyətlərinə görə iki dəfə “Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı” ilə təltif edilmişdir. Məcmualarda və jurnallarda dərc hüququn müxtəlif aspektlərinə həsr edilmiş bir çox elmi məqalələrin müəllifidir.
Ailəlidir, iki övladı var.

Əlaqə vasitələri
xidməti telefon: (+99412) 3611409
e-mail ünvan: amir.ocaqverdiyev@prosecutor.gov.az
e-mail ünvan: a.ocaqverdiyev@outlook.com